Geyb Nyuell

Geyb Nyuell
ing. Gabe Newell
Doğum tarixi 3 noyabr 1962(1962-11-03) (61 yaş)
Doğum yeri
Uşağı 2[1]
Təhsili
Fəaliyyəti oyun dizayneri[d], sahibkar, proqramçı, informatik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Geyb Nyuell (ing. Gabe Logan Newell) və ya ləqəbi ilə Geyben (ing. Gaben; 3 noyabr 1962, Kolorado[3]) — amerikalı iş adamı və Valve videooyun şirkətinin prezidenti.

Nyuell Koloradoda anadan olub və Kaliforniyanın Deyvis şəhərində böyüyüb. 1980-ci illərin əvvəllərində Harvard Universitetində təhsil almağa başlayıb, lakin Microsofta qoşulmaq üçün təhsilini yarımçıq qoyub və Windows əməliyyat sisteminin ilk versiyalarının yaradılmasında iştirak edib. Nyuell və Mayk Harrinqton 1996-cı ildə Microsoft-dan ayrılaraq Valve-i yaratdılar və ilk oyunları olan Half-Life-ın (1998) tərtibatını maliyyələşdirdilər. Harrinqton 2000-ci ildə şirkətdən ayrıldı.

Nyuell Valve-in 2003-cü ildə istifadəyə verilmiş və 2011-ci ilə qədər yüklənmiş kompüter oyunları bazarının çox hissəsini idarə edən Steam rəqəmsal paylama xidmətinin tərtibatına rəhbərlik etmişdir. 2021-ci ilə qədər Nyuell Valve-in ən azı dörddə birinə sahib idi. O, 2021-ci ilə kimi 3,9 milyard dollar sərvəti ilə ABŞ-nin ən varlı insanlarından biri və videooyun sənayesinin ən varlı adamı kimi qiymətləndirilirdi. Nyuell həmçinin dəniz tədqiqatları təşkilatı Inkfish-in sahibidir.

  1. http://www.forbes.com/profile/gabe-newell/.
  2. 1 2 https://www.linkedin.com/pub/gabe-newell/3/a33/2b6.
  3. 1 2 ALUMNI: Gabe Newell. 2017.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy